"PAŞA Holdinq"in banklarının rəhbərliyində dəyişiklik olub

"PAŞA Holdinq" MMC-yə məxsus "PAŞA Bank" və "Kapital Bank" ASC-lərin rəhbərliyində dəyişiklik olub.

"PAŞA Bank"ın Müşahidə Şurasının (MŞ) Mir Camal Paşayev vəzifəsini tərk edib, onun yerinə Rövşən Allahverdiyev təyin edilib.

O, indiyə qədər "Kapital Bank"ın MŞ-nın sədri olub. Bu vəzifə isə Fərid Məmmədova həvalə olunub.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq"ə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə məxsusdur.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq"dir.