Yusif Məmmədəliyevlə Şarl de Qollu birləşdirən nədir? - FOTO

Dünya şöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyev və Fransanın sabiq prezidenti Şarl de Qoll eyni binada yaşayıblar.

Aznews.az xəbər verir ki, bu barədə tarixçi alim Elnur Nəciyev məlumat yayıb.

Elnur Nəciyev bildirib: “AMEA-nın sabiq prezidenti Yusif Məmmədəliyev “Hacınskinin evi” kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən tarixi binada yaşayıb. Həmin binada 1944-cü ilin noyabr və dekabr aylarında general Şarl de Qoll da qalıb”.

image description