Tarixçi yenə çağırış etdi: Tarixi məscid dağılır

Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidi uçub-dağılmaq üzrədir.

Aznews.az ASAN Radioya istinadla xəbər verir ki, bu barədə tarixçi alim Elnur Nəciyev məlumat verib.

Bununla bağlı fotolar da xəbər saytlarında paylaşılıb və qeyd olunub ki, VIII əsrin yadigarı olan məscid Azərbaycanın 3 ən qədim məscidindən biridir. Tarixçi məscidin dağılma təhlükəsindən xilası üçün müvafiq dövlət qurumlarına müraciət edildiyini bildirib.