- Göz önü
- 14:10
- 1 146
Deputat: Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır

Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Hesablama Palatasında həyata keçirilən dövlət qulluğuna qəbul prosesi digər qurumlarda da tətbiq edilməlidir:
"Bəzi dövlət qurumlarında qulluğa qəbul üzrə müsahibələr formal xarakter daşıyır. Bu da müqavilə ilə çalışan işçilərin himayədarlığı ilə bağll məsələdir. Belə ki, çox savadlı və hazırlıqlı olsa da, müsahibə mərhələsində müqaviləli işləyənlərə uduzan namizədlər var. Ona görə də dövlət qulluğuna qəbulun müsahibə mərhələsində maraqlı orqanın təmsilçiləri komissiyanın tərkibindən çıxarılmalıdır”.