- Üçüncü sektor
- 22 İyun 20:50
- 6 531
200-dən çox QHT Zəngilana toplanır - Nələr müzakirə olunacaq?
![](https://www.aznews.az/storage/2024/06/22/zengilan.jpg)
Bu il iyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.
AzNews.az xəbər verir ki, 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.
Forum 2 gün davam edəcək.
AzNews.az