Qadağan olunmuş ov vasitələri və metodları: hüquqi tənzimləmə

Sual: İdman və həvəskar ov zamanı hansı vasitələr və metodlar qadağan olunmuşdur?

Cavab: İdman və həvəskar ov fəaliyyətlərində müəyyən vasitə və metodların istifadəsi qanunla qadağan edilir. Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 243 saylı qərarının 9.6-cı maddəsinə əsasən, kütləvi qırğına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqinə icazə verilmir. Bu qaydalar, su bioresurslarının sağlamlığını qorumaq, ekosistemlərin tarazlığını təmin etmək və su mühitində ekoloji təhlükəsizliyi saxlamaq məqsədini güdür.

İnzibati Xətalar Məcəlləsiq qadağan olunmuş vasitələrin istifadəsi üçün inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 272.1 maddəsinə əsasən, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir.

Zaman Səmədov, hüquqşünas

QEYD: Hüquq şərh Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət: sosial-ekoloji layihə” çərçivəsində hazırlanıb.