- Üçüncü sektor
- 10:54
- 831
Azərbaycan və Hindistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb
Ölkəmizdə keçirilən möhtəşəm COP29 tədbirlərində Azərbaycan QHT-ləri də fəal iştirak etməkdədir. Beləki, bu gün COP29 Mavi Zonada Azərbaycanın fəal QHT-dən olan, cari ildə COP29-la baglı 3 beynəlxalq layihə icra edən "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" Ictimai Birliyi (ADSAYO) UNFCCC və ECOSOC üzvü olan Hindistanın "Peşəkar Sosial İşçilər və İnkişaf Təcrübəçiləri Assosiasiyası" (APSWDP) və digər 4 QHT arasında davamlı əməkdaşlıq və tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladı.
Gələcək layihə, proqram və digər fəaliyyətlər üzrə əməkdaşlıgı nəzərdə tutan bu protokola görə Azərbaycan və Hindistan QHT-ləri COP29 mirasının təbligi, yaşıl fəal iştirakçılıq, yaşıl maarifləndirmə və eləcədə təhsil, gənclərlə iş, sosial, məşğulluq və başqa aktual mövzu və sahələrdə davamlı və silsilə fəaliyyətlər təşkil edəcək, informasiya və təcrübə mübadiləsi aparacaqlar. Memorandumda gələcəkdə digər ölkələlərdən olan həmkar QHT-in də bu tərəfdaşlıga qoşulması və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri də nəzərdə tutulur.