- Üçüncü sektor
- 10:00
- 790
“Qələbəni yaşadan qəhrəmanlar” adlı layihənin icrası yekunlaşdı
“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin maliyyə dəstəyi ilə 15 sentyabr – 31 dekabr 2024-cü il tarixlərdə gəncləri vətənpərvər ruhda böyüməsi istiqamətində həyata keçirdiyi növbəti “Qələbəni yaşadan qəhrəmanlar” adlı layihənin icrasını yekunlaşdırıb.
Layihənin icrası Bakı şəhəri, Füzuli və Quba rayonlarında həyata keçirilmişdi. Layihənin məqsədi - Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə muasir qəhrəman obrazları yaratmaqdır. Bu istiqamətdə həyata keçirdiyimiz növbəti layihə çərçivəsində 5 qısametrajlı filmlərin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Füzuli rayonunun Kərimbəyli və Şükürbəyli kəndlərinə və Quba rayonunun Digah, Dağlı və Zərdabi kəndlərinə səfərlər təşkil etmiş və Vətən müharibəsinin ilk günləri zamanı qızğın döyüşlər getdiyi məkanlarda çəkilişlər həyata keçirmişdir.
Çəkilişlərdə Füzuli rayonunda - Xüsusi Təyinatlı Quvvələri döyüşçülərin – Fərid Aslanov, Babək Namazov və Quba rayonunda – Taleh Şıxverdiyev, Zöhrab Danyalov və Taryel Ağasiyev iştirak etmişdilər. Bu filmlərdə qazilərin döyüş yolları, Vətən torpağının müdafiəsinə qalxması, Vətən müharibəsi zamanı həyata keçirilən əməliyyat və döyüşlər, azad olunmuş ərazilər və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Layihənin yekunu olaraq 6 dekabr tarixində Füzuli rayonu Horadiz şəhərində yerləşən Füzuli Dövlət Dram Teatırnda Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial - iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov, Füzuli RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Misirli Hafiz, “Bakı Gənclər Klubu” İctimai Birliyin sədri Azər Cavadov, Təhsil işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşı, Şəhid ailələri, Vətən müharibəsi qaziləri və gənclərin iştirakı ilə və həmçinin, 21 dekabr tarixində Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər ” 2 saylı Təbiət fənləri üzrə məktəb-liseydə” Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, “Bakı Gənclər Klubu” İctimai Birliyini sədri Azər Cavadov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, gənclər və məktəblilər, ictimaiyyət nümayəndələri iştirakı ilə layihə çərçivəsində hazırlanmış filmlərin təqdimatı keçirilmişdir.
Tədbir iştirakçıları Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər. Təqdimatlarda Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini -Vüqar Teymurov və Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini -Tariyel İbrahimov çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışmış və “Bakı Gənclər Klubu” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, gələçəkdə gördüyü işlərdə birliyin kollektivinə uğurlar arzulamışdılar. “Bakı Gənclər Klubu” ictimai birliyinin sədri Azər Cavadov çıxış edərək bildirmişdi ki, ictimai birlik əsas fəaliyyətini - gənclərin vətənpərvərlik tərbiyəsi, xalqımızın tarixi və mədəni irsinin təbliği istiqamətlərində aparır və məhz bu istiqamətləri əsas götürərək təşkilat hal-hazırda "Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin maliyyə dəstəyi ilə “Qələbəni yaşadan qəhrəmanlar" adlı layihənin icrasını həyata keçirir. “Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber -İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.