- Üçüncü sektor
- 5 Fevral 21:10
- 1 043
İctimai Şuraların səmərəli fəaliyyəti necə təmin oluna bilər?- Əliməmməd Nuriyevin cavabı
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında Azərbaycanda ictimai iştirakçılığın artırılması məqsədilə yaradılan ictimai şuraların fəaliyyətində mövcud olan problemlərdən və onların həlli yollarından danışıb.
Onun sözlərinə görə, ictimai şuralar dövlət qurumlarının fəaliyyətinə vətəndaş nəzarətinin gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi baxımından vacib platformadır. Lakin onların fəaliyyəti ilə bağlı bir sıra hüquqi, institusional və maliyyə problemləri mövcuddur:
"İlk növbədə qeyd etməliyəm ki, ictimai şuralar cəmiyyətin müxtəlif təbəqələri ilə dövlət qurumları arasında əlaqəni gücləndirən və eyni zamanda vətəndaşların maraqlarını qorumaq və ictimai maraqların təminatına xidmət edən strukturlardır. Artıq ictimai şuralar Azərbaycan cəmiyyətinin mühüm ictimai-siyasi həlqələrindən birinə çevrilmişdir. Onların fəaliyyətinin səmərəli olması ictimai inkişafda və qərarların qəbulunda şəffaflığın artmasında mühüm rol oynayır. Hazırkı mərhələnin əsas məqsədlərindən biri də ictimai şuraların səmərəli və effektiv olmasına nail olmaqdır. Artıq ictimai şuralar cəmiyyətin əsas ictimai-siyasi institutlarından birinə çevrilmiş və cəmiyyət ictimai şuralarla maraqlanmağa başlamışdır. Əlbəttə ki, bu, yetərli qədər oturuşmuş bir qurum hələ tamamilə çevrilməmişdir, amma bununla belə, artıq müəyyən ictimai işə, ictimai maraqların təmin edilməsinə inteqrasiya prosesini dərinləşdirməkdədir. Lakin bununla belə, ictimai şuraların ötən müddətdəki fəaliyyəti həm də bir sıra istiqamətlərdə fəaliyyətin daha da gücləndirilməsi zərurətini ortaya qoyur. Bu əsas addımlar nədən ibarət olmalıdır? İlk növbədə hüquqi bazanın təkmilləşdirilməsi prosesi olmalıdır. Yəni ictimai şuralar İctimai iştirakçılıq haqqında qanunun əsas müddəalarından sayılır və bu qanun artıq 10 ildən artıq müddətdir ki, qəbul edilmiş və işləməyə başlamış bir quruma çevrilmişdir. Bu qanun daha işlək qanunlardan birinə çevrilməkdədir. Deməzdim ki, tam olaraq buna nail ola bilmişik, amma bu, ötən müddət ərzində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra məsələlərin, yəni ictimai şuraların fəaliyyətinin, başqa sözlə desək, tətbiqi təcrübəsinin qanunvericilikdə müəyyən təkmilləşdirmələr aparılması zərurətini ortaya qoyur".
Əliməmməd Nuriyev bildirib ki, ictimai şuraların statusu, səlahiyyətləri və vəzifələrini daha dəqiq müəyyən edən normaların yenilənməsinə və onların daha da dəqiqləşdirilməsinin aydınlaşdırılmasına ehtiyac vardır:
"İctimai şuraların müstəqil fəaliyyətə zəmanət verən mexanizmlərin qanunvericiliyə gətirilməsi və mövcud olan mexanizmlərin daha da təkmilləşdirilməsi zərurəti vardır. Həmçinin, ictimai şuraların qərarlarının məcburi tövsiyə xarakteri daşımasını və müəyyən hallarda hüquqa malik olmasının hüquqi çərçivədə dəqiq göstərilməsi zərurəti yaranmışdır. Çünki ictimai şuralar tərəfindən qəbul edilən aktlar ya təkliflər, ya da rəy formasındadır, lakin bunlar tövsiyə xarakteri daşıyır və bir sıra hallarda mövcud praktikada, ümumiyyətlə, ictimai şuraların qəbul etdiyi qərarlara dövlət orqanları tərəfindən heç bir reaksiyanı biz görmürük. Bu, çünki onlar tövsiyə xarakteri daşıyır. Baxmayaraq ki, qanunverici tələb edir ki, həmin təkliflərə cavablar həftə müddətində əsaslandırılaraq verilməlidir. Amma biz bunun da məcburi xarakter almasına zərurət yaranıb. Çünki ictimai şuralar əgər qərarları məcburi tövsiyə xarakterli olarsa, bu, istər-istəməz həm də həmin qurumun məsuliyyətini daha da artıracaqdır. Eyni zamanda, ictimai şuraların nüfuzuna da təsir göstərəcək və ictimai şura real cəmiyyət tərəfindən, vətəndaşlarımız tərəfindən onlara ötürülən problemlərin, məsələlərin dövlət orqanları qarşısında qaldırılmasına nail ola bilər və eyni zamanda qərar qəbuletmə prosesində daha effektiv və səmərəli iştirak edə bilər".
AzNews.az