Sosial Tədqiqatlar Mərkəzində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri ilə görüş keçirilib

Sosial Tədqiqatlar Mərkəzində İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri ilə görüş keçirilib.

Görüş zamanı ötən illər ərzində bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər və layihələr ilə bağlı məlumat verilib. Görüş zamanı Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, xüsusilə, insan hüquqları sahəsində dövlət tərəfindən yaradılan qanunvericilik bazası, milli qanunvericilik təhsili və parlamentdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Daha sonra isə sadalanan mövzular ətrafında müxtəlif müzakirələr aparılıb.

Azərbaycanın bu məsələdə müsbət yerdə olması qeyd edilərək, koalisiyanın fəaliyyətinin təkmilləşdirilməsi, monitorinqlər, məlumatlandırma tədbirləri və digər təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə mərkəzin bu sahədəki töhfəsi və gələcək iş birliyi istiqamətləri müzakirə olunub.