- Üçüncü sektor
- 9 Mart 11:49
- 1 964
"Pragma" Laçında su təhlükəsizliyi ilə bağlı tədbirlər keçirəcək

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində sədri olduğum "Pragma" İctimai Birliyinin təqdim etdiyi “Şərqi Zəngəzurun Laçın rayonunda su təhlükəsizliyi: Sosial-Ekoloji Layihə”yə qrant ayrılıb. Müsabiqənin qaliblərinə baxdım. Anladığım qədər obyektiv və şəffaf seçim aparılıb və Agentlik milli donor qurumu olaraq öz büdcəsi çərçivəsində ölkəmiz üçün çox sayda əhəmiyyətli layihələrə vəsait ayırıb. Bütün qalibləri bir daha təbrik edirəm".
Bu barədə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. QHT sədri bildirib:
"Çox məmnunam ki, təqdim etdiyimiz layihə öz orijinallığı ilə seçilir və işğaldan azad olunan bölgələrdə hidrotəhlükəsizliklə bağlı ilk ictimai təşəbbüsdür. Nə iş görəcəyik?
- Laçın rayonunun su ehtiyyatları, su təsərrüfatının idarə edilməsi və yeni infrastruktur layihələri ilə bağlı müvafiq dövlət qurumlarından informasiyaların toplanması;
- Laçın rayonunun Qarıqışlaq, Sadınlar, Hacılar, Əhmədli, Quşçu, Alxaslı, Sonasar, Mişni, Soyuqbulaq və Mayis kəndlərinin bulaqları barədə məlumatların toplanması və hidronimlərlə bağlı yerli əhalinin nümayəndələrindən müsahibələr alınaraq KİV-də yayılması;
- Laçında seminarlar təşkil olunması;
- Su təhlükəsizliyinin aktual problemləri ilə bağlı müsahibələr hazırlanaraq KİV-də yayılması;
- Su təhlükəsizliyi ilə bağlı hüquqi şərhlərin hazırlanması və KİV-də yayılması".
AzNews.az