Hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir Hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir

Siyavuş Novruzovdan analara şad xəbər - "Uşaq pulları ilə bağlı..."

Hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir

“Biz parlamentdə uşaq pulları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq”.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov sosial şəbəkə izləyicilərinin suallarına cavabında yazıb.

O, qeyd edib ki, elə bir forma müəyyənləşməlidir ki, ailənin maddi yükü azalsın:

“Mənə yazdıqlarınızdan aydın olur ki, sizi ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaq pulları ilə bağlı məsələlərdir. Heç şübhəsiz, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir. Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin də əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur.

Pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı biz parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb”.

S.Novruzov siyasi fəaliyyəti dövründə həmişə xalqın və seçicilərinin yanında olduğunu bildirib:

“Onların maraqlarını təmin edən çıxışlar etmişəm. Mən yenə də bu fikirdəyəm ki, Feysbuk səhifəm məni dostlarıma, həmvətənlərimə daha da yaxın edəcək. İstənilən konstruktiv fikir mübadilərinə və tənqidlərə həmişə hazıram. Sizdən xahişim odur ki, xoş niyyət və fikirləriniz üçün daima açıq olan bu platformanı söyüş meydanına çevirməyək”.

Bahar RÜSTƏMLİ

AzNews.az