- Tribuna
- 5 Dekabr 2020 23:24
- 10 132
"Dünya hələ də inana bilmir ki, İlham Əliyev 44 günə müharibə yolu ilə Qarabağı işğaldan azad edib"
Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur
Qarabağ münaqişəsinin 30 illik tarixi var. Ərazisinin 20%-i işğal edilmiş və bir milyona yaxın əhalisinin qaçqın düşən Azərbaycanın öz torpaqlarını müharibə ilə 44 günə işğaldan azad etməsi dünya tarixində görünməmiş bir hadisədir. Bu qələbənin memarı Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevdir. Dünya hələ də inana bilmir ki, İlham Əliyev bunu müharibə yolu ilə, özü də 44 günə əldə edib. Biz hər zaman görmüşük ki, müharibə illər çəkib. Bütün müharibələr dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Lakin doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmək - öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq deməkdir.
AzNews.az bildirir ki, bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev hər çıxışında xüsusi olaraq qeyd edir ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur, onlarla fəxr edir: "Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu idi. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər. Bütün əsgərlərimizin qəhrəmanlığını qeyd edirik. 44 gün ərzində bir dəfə də olsun geri çəkilməyən əsgərimiz haqqında danışan cənab Prezident İlham Əliyev onların böyük qəhrəmalığını qeyd edir.
Prezidentimiz noyabrın ayın 10-dan sonra imzanan üçtərəfli müqavilədən sonra Ağdamın, Kəlbəcərin və Laçın azad olunmasını əldə etdi. Hər bir rayonumuzda 100 dən artıq kənd var. 300-dən artıq kəndin azad olunmasını Ali Baş Komandan bir güllə atmadan, bir şəhid vermədən geri qaytardı. Təsəvvür edirsiniz, hər bir yüksəklik, kənd, qəsəbə üçün nə qədər şəhid verməli idik? Və bu müharibənin nə qədər uzanaması demək idi. Həm də Kəlbəcərin, Laçının necə mürəkkəb relyefə malik olduğunu nəzəra alsaq. Bir sözlə, minlərlə əsgərimizin şəhid olma ehtimalı var idi. Düzdür, sonra qəlbəni təmin etmiş olacaqdıq. Çünki erməni ordusunu məhv etmişdik. Ermənistanın bu əraziləri könüllü təhvil verməsinin səbəbi tamamilə məhv olmamasına görədir.
Cənab Prezident bir neçə gün bundan qabaq birinci Qarabağ müharibəsinin iştirakçılarının sosial təminat və digər məsələlərin həlli üçün bir neçə sərəncam imzalayıb və hər çıxışında qeyd edir ki, müharibədə iştirak edən əsgərlərimizi, qazilərimizi, şəhid ailələrini müdafiə edəcək və onlara xüsusi diqqət ayıracaq. Təcrübə göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir".