"Sözcü" qəzeti Lotu Qulinin saxlanma xəbərini belə yaydı "Sözcü" qəzeti Lotu Qulinin saxlanma xəbərini belə yaydı

"Lotu Quli"nin saxlanılması Türkiyə mətbuatında: Rövşən Lənkəranskiyə qəsd xatırladıldı -TƏFSİLAT

"Sözcü" qəzeti Lotu Qulinin saxlanma xəbərini belə yaydı

"İstanbul polisi Azərbaycanın tanınmış mafya başçısı Lotu Quli ləqəbli Nadir Səlifovu saxlayıb.

Səlifovun telekonfransla Rusiyadakı adamlarından xərac aldığı iddia edilir.

Nadir Səlifov 2 il əvvəl Beşiktaşda "Xəyalət" ləqəbli kriminal dəstə başçısının öldürülməsi ilə gündəmə gəlmişdi".

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözçü" qəzetinin internet versiyası məlumat verib.

Qəzet daha sonra yazır:

"Əməliyyat İstanbul polisinə bağlı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin bölmələri tərəfindən həyata keçirilib. Polislər Azərbaycan əsilli, "Lotu Quli" ləqəbli kriminal avtoriteti- Nadir Səlifovu istintaqa cəlb edib. O, "Vətən" prospektindəki İstanbul polis şöbəsinə aparılıb.

Nadirin Rusiya mətbuatında çıxan bir xəbərdən sonra nəzarətə götürülməsi də diqqətdən yayınmayıb.

Ehtimala görə, "Rambler.ru" adlı internet saytında verilən xəbərdə "Türkiyədəki oğru Rusiyada xərac yığır" başlıqlı xəbər yayılıb və Quli məhz bu xəbər əsasında saxlanılıb.

İddialara görə, Nadir Səlifovun Rusiyada, xüsusilə Kalujsk bölgəsindəki topdan satışla məşğul olan iş adamlarından xərac alırmış. Səlifovun iş adamlarından xərac almaq üçün internetdən istifadə etdiyi bildirilir. Onun telekonfransla iş adamları ilə danışdığı və xərac aldığı bildirilir.

Rusiyada ərzaq və qida satış məşğul olan iş adamlarının toplaşdığı bu əraziyə əvvəllər Rövşən Canıyev nəzarət edirmiş. 2016-ci ilin avqustunda isə Rövşən Canıyev Beşiktaşda öldürülüb. Otel çıxışında, lüks "Cip"ində vurulan Canıyevin qətlə yetirildiyi ərazidə polis 65 giliz tapmışdı.

Canıyev öldürüləndən sonra, 6 noyabr 2017 ci ildə mütəşəkkil şöbənin əməkdaşları İstanbulun Baxçalıevlər səmtindəki bir alış-veriş mərkəzində axtarış aparıblar. Əməliyyatda "Şirinlər" olaraq tanınan cinayət qruplaşmasının üzvləri və Canıyevin qardaşı da aralarında olmaqla 11 şübhəli saxlanılmışdı. Şübhəlilərin Canıyevi öldürdüyü iddia edilən Lotu Quliyə qəsd planlaşdırmaq üçün yığışdıqları deyilirdi.

İddiaya görə, Canıyevin qardaşı Lotu Quli ləqəbli cinayət qruplaşmasının başçısını öldürmək üçün "Şirinlər" qrupuna 5 milyon lirə təklif etmişdi.

Nadir Səlifovun (Lotu Quli) rəqibinin ölümündən sonra Rövşən Canıyevin nəzarətində olan yerləri ələ keçirdiyi iddia edilir.

AzNews.az