- Türkiyə
- 24 Oktyabr 2018 20:47
- 2 619
Türkiyədə hər gün 395 suriyalı uşaq dünyaya gəlir
Hazırda Türkiyədə 3 milyon 585 min suriyalı qaçqın yaşayır
Türkiyədə hər gün 395 suriyalı uşaq dünyaya gəlir.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türk-Alman Universitetinin Siyasət elmi və beynəlxalq əlaqələr bölümünün başqanı, Miqrasiya və harmoniya araşdırmaları mərkəzinin müdiri, professor Mehmet Murat Ərdoğan bildirib.
Şanlıurfa valiliyi tərəfindən təşkil edilən toplantıda suriyalı qaçqınların üzləşdikləri problemlər və onun həlli yolları müzakirə edilib.
Professor Ərdoğan hazırda Türkiyədə 3 milyon 585 min suriyalı qaçqının yaşadığını da deyib.
Babək Göyüş
© AzNews.az