- Türkiyə
- 9 Noyabr 2018 12:12
- 2 864
Atatürkü "Sənsən Atatürk" simfoniyası ilə anacaqlar - Noyabrın 10-da
55 dəqiqəlik simfoniya İzmir Dövlət Simfonik Orkestri tərəfindən hazırlanıb
Ulu Öndər Mustafa Kamal Atatürk noyabr ayının 10-da uşaqlığından son nəfəsinə qədər yaşadıqlarını əhatə edən "Sənsən Atatürk" simfoniyası ilə anılacaq.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 55 dəqiqəlik simfoniya İzmir Dövlət Simfonik Orkestri tərəfindən hazırlanıb.
Yoxluqdan gələn bir liderin fərqli cəhətlərini özündə əks etdirən "Sənsən Atatürk" simfonik əsəri Doqquz Sentyabr Universitetinin Dövlət Konservatoriyasının Opera və Balet bölümünün xoru ilə Əhməd Adnan Saygun Sənət Mərkəzində tamaşaçılara göstəriləcək.
İzmir Dövlət Simfonik Orkestrinin direktor müavini Hande Taban bildirib ki, Atatürkün ən böyük hədəflərindən biri mədəniyyət və incəsənət sahəsində inkişaf olub: "Məqsədimiz əsəri gələcək nəsillərə çatdırmaq, o cümlədən beynəlxalq sənət aləmində tanıtmaqdır".
Əsərin tarixi məsləhətçisi, Doqquz Sentyabr Universitetinin doktoru Türkan Başyiğit musiqi ilə Atatürkü başa salmağın həyəcanverici olduğundan danışıb:
"Klassik Atatürk hər kəsin bildiyi bir dahi və liderdir. Bu simfoniya sürprizlərlə dolu bir əsər olacaq".
Babək Göyüş
AzNews.az