- Türkiyə
- 21 Fevral 2019 16:42
- 3 530
113 yaşlı Türk qadını 3 padşah, 12 prezident, 27 baş nazir görüb
Rəcəb Tayyib Ərdoğanı bir dəfə canlı görmək istəyir.
Türkiyənin Bursa şəhərində yaşayan qadın 3 padşah, 12 prezident, 27 baş nazir görüb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bursanın İnegöl kəndinin icra nümayəndəsi Şükrü Görücü həyat yoldaşı Nurşen Görücü və bələdiyyə başqanı Alper Tabanla birlikdə İnegöldə 100 yaşını keçmiş şəxslərin evinə ziyarətə gedərək onlara müxtəlif hədiyyələr verib.
Onlar ilk olaraq 1906-ci ildə Sultan Abdulhamitin dönəmində dünyaya gələn və hazırda Hocaköy məhəlləsində yaşayan 113 yaşlı Şükriye Bayramı da ziyarət ediblər.
Qadın yaşamı boyunca 3 Osmanlı padşahı ilə Türkiyə Cümhuriyyətinin qurulmasından etibarən 12 prezident və 27 baş nazir gördüyünü deyir.
Şükriye Bayramın ən böyük arzusu prezident Rəcəb Tayyib Ərdoğanı bir dəfə canlı görməkdir.
Nigar CƏFƏR
AzNews.az