- Türkiyə
- 7 Noyabr 2019 21:50
- 2 612
Hülusi Akar: “YPG razılaşmanı pozdu, bölgədən çəkilmədi”
"Biz Suriyaya girərkən əsla istila, basqın etmirik"
“YPG/PKK terror təşkiları ABŞ və Rusiya ilə əldə edilən razılaşmanı pozaraq Suriyanın şimal-şərqindən çəkilmədi”.
Bu barədə Türkiyənin Müdafiə naziri Hülusi Akar CNN-ə açıqlamasında deyib. Nazir qatıldığı proqramda bunları deyib:
“Biz Suriyaya girərkən əsla istila, basqın etmirik. Sadəcə hərəkatı həyata keçriirik. ABŞ və Rusiya ilə razılıq əldə etmişdik və onlar YPG-ni həm hərəkat bölgəsindən, həm də şərq və qərbdən çıxarmağı qəbul etmişdilər. Amma təəssüf ki, YPG-li terrorçular tərəfindən edilən bir çox günah var. Bu səbəbdən biz onlara qarşı çıxırıq. Eyni zamanda ABŞ və Rusiya ilə koordinasiyalı şəkildə bölgənin terrorçulardan təmizlənməsini istəyirik. YPG/PKK terror təşkilatı ABŞ və Rusiya ilə bağlanan sazişləri pozaraq bölgədən çəkilmədi”.(qafqazinfo.az)
AzNews.az