- Türkiyə
- 3 İyun 2020 19:06
- 3 269
"Qalatasaray"ın prezidenti evə buraxıldı
71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək
Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.
AzNews.az "NTV Spor"a istinadən xəbər verir ki, 71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək.
Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub. Onun mayın 18-də halı qəflətən pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və ikinci dəfə əməliyyata ehtiyac duyulub.