- Türkiyə
- 14 İyun 2020 09:46
- 4 649
Rusiya rəsmi heyəti Türkiyəyə səfər edəcək
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında iyunun 10-da keçirilən telefon danışığında əldə edilən razılaşmaya əsasən, Rusiya rəsmi heyəti sabah Türkiyəyə səfər edəcək.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, heyətə nazirlər Sergey Şoyqu və Sergey Lavrov olmaqla rəsmi şəxslər daxildir. Bildirilir ki, səfər zamanı iki ölkəni təmsil edəcək heyətlər ikitərəfli münasibətlər və regional məsələləri müzakirə edəcəklər.