- Türkiyə
- 27 Dekabr 2020 11:07
- 4 360
Türkiyədə güclü zəlzələ
Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb
Türkiyənin şərqində 6,4 maqnitudalı zəlzələ olub.
AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Yeraltı təkanların episentri təxminən 5,4 min insanın yaşadığı Sivrice şəhərindən 10 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.