- Türkiyə
- 1 May 2024 17:44
- 5 457
İstanbulda keçirilən aksiyada polisə müqavimət göstərən 140-dan çox insan saxlanılıb
Türkiyə polisi İstanbulun mərkəzi Taksim meydanını tamamilə bağlayaraq, şəhərin bu və digər ərazilərində polisə müqavimət göstərən 140-dan çox insanı saxlayıb.
Yerli hakimiyyət orqanları təhlükəsizliyi təmin etmək üçün meydanı bağlayan və 42 000-dən çox polis əməkdaşını cəlb edən həmkarlar ittifaqları və siyasi partiyaların 1 May mitinqinə qadağa qoyub.
Əksəriyyəti gənclərdən ibarət olan aqressiv kütləni dağıtmaq üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Mövsüm
Aznews.az