Vanda terror əməliyyatı: 16 nəfər saxlanılıb

Türkiyənin Van şəhərində terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 16 şübhəli barəsində tədbir görülüb.

Van Polis İdarəsindən verilən açıqlamada terror təşkilatlarının fəaliyyətinin aşkarlanması və qarşısının alınması istiqamətində aparılan işlərin davam etdiyi bildirilib.

Açıqlamada, “Aparılan araşdırmalar nəticəsində; “PKK/KCK terror təşkilatı araşdırmaları çərçivəsində 8, FETÖ/PDY terror təşkilatı araşdırmaları çərçivəsində 7, terror təşkilatını sui-istifadə edən 1 nəfər olmaqla ümumilikdə 16 şəxs barəsində lazımi hüquqi tədbirlər görülüb",-deyə qeyd edilib.

Mövsüm

Aznews.az