İraqın şimalında 2 terrorçu zərərsizləşdirilib

İraqın şimalında "Pəncə-Kilid" Əməliyyatı bölgəsində 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Qəhrəman Türk Silahlı Qüvvələrimiz terroru mənbəyində məhv etmək üçün fasiləsiz əməliyyatlarla mübarizəsini davam etdirir. İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib",- deyə qeyd edilib.

Mövsüm

Aznews.az