Suriya və İraqın şimalında 11 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən 6 PKK terrorçusu və Barış bulağı bölgəsinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Türkiyədə terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin sosial media hesabında yer alan açıqlamada bu ifadələr yer alıb:

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz terrorçuların üzərinə dəmir yumruqlarını vurmağa davam edir. İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə bir terrorçu da qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək".

Mövsüm

Aznews.az