İraq və Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı Hakurk, Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində 8, Suriyanın şimalında isə Barış bulağı bölgəsində 2 olmaqla ümumilikdə 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, “Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalında Hakurk, Qara və Pəncək əməliyyatı bölgələrində aşkarlanan 8 PKK terrorçusu, Barış bulağı bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib",- deyə qeyd edilib.

Mövsüm

AzNews.az