Suriya və İraqın şimalında 15 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda 15 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Milli Müdafiə Nazirliyi sosial media hesabından verdiyi açıqlamada terrorçuların qaçmaq üçün heç bir yer olmadığını və onlar üçün təhlükəsiz yer olmadığını vurğulayıb.

Açıqlamada, “Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində müəyyən etdikləri 5 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində müəyyən etdikləri 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib",-deyə vurğulanıb.

Mövsüm

AzNews.az