Bingöldə 4,2 bal gücündə zəlzələ baş verib

Türkiyədə Bingölün Karlıova rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumatı yayıb.

Hadisə Bingölün Karlıova rayonunda saat 18.27-də qeydə alınıb.

AFAD-ın verdiyi açıqlamaya görə, episentri Karlıova olan zəlzələ 11,88 kilometr dərinlikdə baş verib.

Mövsüm

AzNews.az