Ankarada meşə yanğınında 13 ev və bir məscid yanıb

Türkiyənin paytaxtı Ankaranın Kızılcahamam rayonunda başlayan meşə yanğını Bolunun Gerede mahalına da keçib. Yanğın zamanı Dəmirlər kəndi yaxınlığındakı 13 yayla evi və məscid yanıb.

Zərərin qiymətləndirilməsi işləri davam edir.

Qeyd edək ki, evləri yanan şəxslər dövlətdən kömək istəyiblər.

Mövsüm

AzNews.az