Hakan Fidan Aİ Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısında iştirak edəcək

Avropa Birliyi Türkiyə ilə əlaqələri canlandırmaq üçün addımlar atıb.Türkiyə Xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının dəvəti ilə xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Ankaranın münasibətləri canlandırmaq çağırışına Avropada cavab verilib. Türkiyə 5 ildən sonra Avropa Birliyi xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub. Görüşdə aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Diplomatik mənbələrdən verilən məlumata görə, dəvət Avropa İttifaqının Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini anladığını göstərir. Türkiyəni Brüsseldə xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Fidan avropalı həmkarlarına regional və qlobal təhlükələrə qarşı Türkiyə-AB əməkdaşlığının əhəmiyyətini izah edəcək.

O, həmsöhbətlərinə iradənin nümayiş olunacağı və münasibətlərin möhkəmlənməsi üçün konkret addımların atılacağı gözləntilərini çatdıracaq.

Mövsüm

AzNews.az