Hakan Fidan ukraynalı həmkarı ilə telefon danışığı aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andriy Sbiqa ilə telefonla danışıb.

Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Fidan telefonla danışdığı ukraynalı həmkarı Sbiqanı yeni təyinatı münasibətilə təbrik edib.

Görüşdə son hadisələr müzakirə olunub.

Mövsüm

AzNews.az