Yaşar Güler: Azərbaycanla Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq

“Biz Azərbaycanla Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq”.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın Batumi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün nəticələrinə dair açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

O qeyd edib ki, üç ölkə arasında güclü üçtərəfli əməkdaşlıq formatı mövcuddur:

“Bildiyiniz kimi, Qafqaz tarixi və strateji yerləşməsinə görə regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə, Azərbaycan və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq ölkələrimizin ümumi maraqlarına və gözləntilərinə xidmət etməklə yanaşı, Qafqazın sülh və sabitliyinə böyük töhfə verir. Bu səbəbdən biz imzaladığımız üçtərəfli memorandum ilə bu nümunəvi, sıx və güclü əməkdaşlığı daha da inkişaf etdirmək iradəmizi təsdiqlədik. İnanıram ki, aramızdakı bu birlik gələcək dövrdə yeni əməkdaşlıq və tərəfdaşlıqlara imkan verəcək. Bu gün biz hörmətli həmkarlarımla birlikdə tarixi və dərin köklərə malik ölkələrimiz arasında hər sahədə əməkdaşlığı maksimum dərəcədə artırmaq iradəmizi bir daha təsdiqlədik. Görüş zamanı biz Azərbaycan və Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğuladıq”.