Türkiyə ordusu 6 terrorçunu zərərsizləşdirilib

İraqın şimalındakı Qara bölgəsində 4 PKK terrorçusu, Suriyanın şimalında Fərat Qalxanı bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada “Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı Qara bölgəsində müəyyən etdikləri 4 PKK terrorçusu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində müəyyən etdikləri 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib” ,- deyə bildirilib.

Açıqlamada son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatların davam edəcəyi vurğulanıb.

Mövsüm

AzNews.az