Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Yaxın Şərqlə hiyləgər planlar işə düşüb.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada "TEKNOFEST 2024" festivalında çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi Ankara bunun fərqindədir: "Baş verən hadisələri anbaan izləyirik".

Ərdoğan Yaxın Şərqdə baş verənlərə görə Qərbi ittiham edərək indi beynəlxalq hüququn işləmədiyini söyləyib.

Türkiyə lideri vurğulayıb ki, indiki şəraitdə ölkəsi güclü olmalıdır.