AK Partiya sözçüsü: Bəzi ölkələr Ermənistanı silahlandırdığı zaman Türkiyə sülhün tərəfdarı olduğunu bir daha sübut edib

Türkiyə Cənubi Qafqazda sülh üçün əsas rol oynayan ölkələrdəndir.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.

O, 18 oktyabrda İstanbulda “3+3” platforması XİN rəhbərlərinin 3-cü görüşünün, ardından onların dövlət başçısı R. T. Ərdoğan tərəfindən qəbul edilməsinin önəmli olduğunu, həmçinin Türkiyə liderinin Azərbaycanla Ermənistan arasındakı və Cənubi Qafqazda sülh prosesinə dair dəstəyinin vacibliyini vurğulayıb.

Ö. Çelik onu da qeyd edib ki, bəzi ölkələr Ermənistanı silahlandırdığı zaman Türkiyə sülhün tərəfdarı olduğunu bir daha sübut edib.