Türkiyə-Misir Universiteti qurulur

Türkiyə Ali Təhsil Şurasının( ATŞ) sədri Erol Özvar Misir Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi ilə Ali Təhsil Şurasının Qahirədə ortaq universitet yaradılmasına qərar verdiyini bildirib.

ATŞ sədri Özvar Misir səfəri və Qahirədəki təmasları ilə bağlı açıqlama verib.

Misirin ali təhsil və elmi araşdırmalar naziri Eymen Aşurun dəvəti ilə Qahirəyə gəldiklərini qeyd edən Özvar iki ölkə arasında ali təhsil sahəsində daha əvvəl imzalanmış protokol çərçivəsində əməkdaşlıq imkanlarının artırılmasına dair danışıqlar apardıqlarını bildirib.

Türkiyə ilə Misir arasında ali təhsil sahəsində əməkdaşlıq protokolunun prezident Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri zamanı imzalandığını xatırladan Özvar, Misir Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi ilə ATŞ-nin Qahirədə ortaq universitet yaradılmasına qərar verdiyini açıqlayıb.

Özvar Qahirədə açılması planlaşdırılan ortaq universitetlə bağlı bunları deyib:

"Biz Türkiyə ilə Misir arasında ortaq əməkdaşlıq sahəsinin necə ola biləcəyini müzakirə etdik. Bu əməkdaşlıq sahələrindən biri də Türkiyə ilə Misir arasında bir universitetin, Qahirədə bir türk universitetinin yaradılması idi. Biz ATŞ olaraq Misir Ali Təhsil Nazirliyinə Türkiyənin məşhur və güclü universitetlərindən bir və ya bir neçəsinin Qahirədə akademik dil şöbəsi açmasını təklif etdik. Misir Ali Təhsil Nazirliyi Türkiyənin təklifinə müsbət yanaşdı; müsbət qarşılandı və bugünkü görüşlərimizdə ümumi universitet yaratmaq üçün birgə çalışmaq qərarına gəldik”.

Mövsüm

AzNews.az