- Türkiyə
- 18:53
- 1 078
Türkiyə ilə Rusiyanın XİN başçıları regional problemləri müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Aznews.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə Türkiyənin diplomatik mənbəyi məlumat verib.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər”, - məlumatda bildirilir.