- Türkiyə
- 12:18
- 925
Türkiyə Livanda sabitliyin bərpasına dəstək verməyə hazır olduğunu bəyan edib
Türkiyə Livanda daxili sabitliyin təmin edilməsi üçün lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"İsrail və Livan arasında əldə edilən atəşkəs razılaşmasını alqışlayırıq və atəşkəsin daimi olacağına ümid edirik. Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livana dəymiş ziyanı ödəməsi üçün İsrailə təzyiq göstərməlidir", - qeyd olunub.
Türkiyə XİN-in məlumatında Qəzzada atəşkəsin əldə olunmasına da çağırış edilib.