Türkiyənin XİN Suriya üzrə Astana formatında görüş keçirməyi planlaşdırdığını açıqlayıb

Yaxın vaxtlarda Türkiyə, Rusiya və İran Suriya ilə bağlı Astana formatında görüş keçirməyi planlaşdırır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlardan sonra bunu bəyan edib.

O, görüşün nazirlər səviyyəsində keçiriləcəyinə aydınlıq gətirib.

"Biz tezliklə Astana prosesini yenidən həyata keçirəcəyik",- deyə Hakan Fidan qeyd edib.

Mövsüm

AzNews.az