Ərdoğan Putinlə Suriyanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

“Report” xəbər verir ki, onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, qlobal və regional məsələlər də müzakirə edilib.