Prezident Ərdoğan Yaponiyanın vəliəhd şahzadəsi Akşino ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Yaponiya Vəliəhdi Akişino Fumihito ilə görüşüb.

Yaponiya vəliəhdi İmperator ailəsindən Türkiyəyə ilk rəsmi səfər edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Yaponiya Vəliəhdi Akşino Fumihitonu Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Ərdoğan və Şahzadə pilləkənlərdə Türkiyə və Yaponiya bayraqları qarşısında əl sıxaraq mətbuata poza veriblər.

Ərdoğanla şahzadə arasında keçirilən görüşdə kommunikasiyalar direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, prezidentin özəl katibi Həsən Doğan və Yaponiya nümayəndə heyəti də iştirak edib.

Səfərin Türkiyə ilə Yaponiya arasında köklü dostluq və həmrəylik bağlarının daha da möhkəmlənməsinə vəsilə olacağı bildirilir.

İstanbulda ictimai və mədəni tədbirlərə qatılacaq Yaponiya vəliəhdi və şahzadəsi Kırşehirdəki Kalehöyük qazıntı sahəsinə də baxış keçirəcək.

Mövsüm

AzNews.az