Hakan Fidan Bəşər Əsədin "Fatihə"sini belə oxudu - SON ANDA

Türkiyənin Xarici işlər naziri Hakan Fidan “Türkiyə Suriyanın milli birliyi, suverenliyi və ərazi bütövlüyünə böyük əhəmiyyət verir” deyib.

Xarici işlər naziri Fidan bildirib:

"Əsədin yeri barədə şərh verə bilmərəm, onun harada olduğunu bilmirik. O, yəqin ki, Suriyadan kənardadır."

Hakan Fidanın açıqlamasından sətirbaşları:

* “Ölkəsini tərk etməli olan milyonlarla suriyalı artıq öz ölkələrinə qayıda bilər”.

* “Biz regionda və regiondan kənarda olan bütün aktorları bölgəni daha da qeyri-sabitliyə aparmamağa, ehtiyatlı və sakit hərəkət etməyə çağırırıq”.

* "Suriya dövlət qurumları qorunmalı və müxalifət qüvvələri dərhal birləşməlidir"

* Qonşu ölkələrlə birlikdə Suriyanı yenidən qurmaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edərək yeni administrasiya ilə işləməyə davam edəcəyik”.

* "DAEŞ və PKK-nın bu prosesdən sui-istifadə etməməsi üçün çox diqqətli davranırıq. Amerikalı dostlarımızla əlaqə saxlayırıq"

AzNews.az