- Türkiyə
- 11 Dekabr 14:16
- 4 735
PKK/YPG TRT Xəbər komandasına hücum edib
Terror təşkilatı PKK Suriyanın Mənbic bölgəsində TRT Xəbər qruplarının yayımlandığı əraziyə bombalı pilotsuz uçan aparatla hücum edib.
Hücum zamanı heyətin avtomobilinə ciddi ziyan dəyib.
TRT Xəbər müxbiri Bülent Çulcuoğlu, operatorlar Fatih Şenel və Bülent Serin və nəqliyyat məmuru Yusuf Serinin səhhəti yaxşıdır. Hücum zamanı avtomobilin sürücü oturacağında olan Yusuf Sərin həmin anları belə izah edib:
"Son anda gördüm, quş kimi gəldi. Gördüyüm an özümü yerə atdım. "Bülent qardaş, yerə yat" dedim".
Partlayış nəticəsində qısa müddət ərzində eşitmə qabiliyyətini itirən operator Bülent Serin, "Arxa oturacaqda idim. Partlayış səbəbiylə özümü bayıra atdım. Pəncərədən içəri girsəydi, başıma zərbə ala bilərdim",-deyə qeyd edib.
Mövsüm
Aznews.az