- Türkiyə
- 17 Dekabr 22:24
- 2 148
Ərdoğan beynəlxalq ictimaiyyəti Suriyanın bərpasına kömək etməyə çağırıb
Suriyanın müharibədən sonrakı bərpası üçün beynəlxalq yardıma ehtiyacı var.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşdə deyib.
"Prezident Ərdoğan Türkiyənin Suriya xalqını və Suriya hakimiyyətini Suriyanın birliyini və ərazi bütövlüyünü müdafiə etmək səylərini dəstəklədiyini və bu ölkənin bərpası prosesində beynəlxalq ictimaiyyətin birləşməli olduğunu bildirib. Prezident Ərdoğan həmçinin təhlükəsizliyi qorumaq və bu ölkədəki qeyri-sabitliyə son qoymaq üçün Türkiyənin terrorçulara qarşı mübarizəsini davam etdirəcəyini bildirib ”, - Ərdoğanın ofisi bildirib.
Mövsüm
Aznews.az