- Türkiyə
- 16:04
- 1 210
“Ərdoğan Suriyaya səfər edə bilər” - Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib.
Köroğlu, “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür” deyə bildirib.
O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib.