- Türkiyə
- 18:49
- 1 015
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyə hazır olduğunu açıqlayıb
Türkiyə hakimiyyəti İstanbulda sülh yolu ilə nizamlanma üzrə Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə hazırdır.
Bunu "Euronews" telekanalına müsahibəsində Türkiyə Prezidenti Administrasiyası yanında kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“İstanbul bu prosesdə sülhpərvər platforma kimi təqdim edildi və beynəlxalq aləmdə böyük rəğbət qazandı. Təbii ki, ölkələrin İstanbulda yenidən bir araya gəlməsi mümkündür. Bu kontekstdə Türkiyə sabitləşdirici güc olaraq həm humanitar məsələlərdə, həm də sülh danışıqlarının başlanması üçün hər cür dəstəyi verməyə hazırdır”.
Altun əlavə edib ki, Ankara Ukraynada münaqişənin gərginləşməsi təhlükəsindən ehtiyatlanır və onun tezliklə həllinə tərəfdardır. O əlavə edib ki, danışıqlar prosesi təkcə regional deyil, həm də qlobal sabitliyi təmin edəcək.
Mövsüm
Aznews.az