- Türkiyə
- 19:10
- 1 514
Türkiyə axtarışda olan iki çətə liderini Ermənistandan aldı - SON ANDA
Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan İnterpolun “qırmızı bildiriş” çərçivəsindəki sorğuya cavab olaraq ölkəmizdə mütəşəkkil cinayət fəaliyyətləri ilə məşğul olan iki şəxsi 19 yanvar 2025-ci il tarixində təhvil vermişdir. Türkiyə Ermənistanın bu məsələdə göstərdiyi əməkdaşlığı təqdir edir”, – məlumatda vurğulanıb.
Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya da qırmızı bülletenlə axtarışda olan mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Ercan Yılmaz və cinayətkar birlik üzvü İbrahim Kaymakın Türkiyə polisi tərəfindən Ermənistandan Türkiyəyə gətirildiyini açıqlayıb. Daxili İşlər Nazirliyindən verilən açıqlamada Yılmazın 43 həbs qərarı ilə 15 ildir ölkə səviyyəsində, 14 il isə İnterpolun qırmızı bülleteni ilə beynəlxalq səviyyədə axtarışda olduğunu bildirib.
AzNews.az