Konyada 25 metr dərinlikdə çuxur əmələ gəlib

Konyanın Karapınar rayonunda diametri təxminən 8 metr və dərinliyi 25 metr olan yeni çuxur əmələ gəlib.

Baş vermiş hadisə rayon sakinlərini təşvişə salıb.

Hotamış rayonunda çuxurların ümumiyyətlə daha böyük diametrlərdə meydana gəldiyini deyən yerli sakinlər Hüyük çuxurunun ətrafında diametri 50 metr olan daha iki çuxurun olduğunu bildiriblər.

Aidiyyəti qurumlar bölgədəki çökəkliklərin müşahidəsi və lazımi ehtiyat tədbirlərinin görülməsi istiqamətində işlərini davam etdirir.

Mövsüm

Aznews.az