Bu adamın Mübariz Mənsimovun TV kanalında nə işi var?

Fətullah Gülən sistemi ilə yaxın əlaqələri olması barədə sosial şəbəkələrin Türkiyə seqmentində çox sayda məlumatlar dolaşan Çağlar Cilara qardaş ölkədə fəaliyyət göstərən Ekol TV-nin əsas simalardan sayılır.

Məsələ burasındadır ki, Ekol TV Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun kanalı sayılır.

29 aprel 2024-cü ildə Türkiyə mediasında belə bir xəbər yayılıb: "Sedat Pekerin ifşaları ilə gündəmə gələn Mənsimov Qurbanoğluna məxsus EKOL TV yayıma başlayıb".

Hazırda kanala məhz Mübariz Mənsimovun sahiblik edib-etməməsini dəqiqləşdirə bilmədik, lakin TV-ni satması barədə də açıq mənbələrdə hər hansı məlumata rast gəlmədik.

Odur ki, Türkiyə vətəndaşlığı andına qarşı kampaniya aparmış, Mustafa Kamal Atatürkün "Nə mutluyam Türkəm deyən" şüarından rahatsızlıq duyan birinin Mənsimovun ətrafında lövbər salması diqqət çəkir, suallar doğurur.

AzNews.az