Məhərrəm İncə CXP-yə qayıdır

2018-ci ildə CXP-nin (Cumhuriyyət Xalq Partiyası) prezidentliyə namizədi olmuş Məmləkət Partiyasının sədri Muharrem İncenin doğma ocağa qayıdacağı iddia edilir.

Son günlər Ankarada ortaya atılan bu iddiaları CHP-nin Kahramanmaraş millət vəkili Ali Öztunç təsdiq edib.

"Mənim bildiyimə görə, Muharrem bəyin Cümhuriyyət Xalq Partiyasına qoşulmaq niyyətinin olduğunu hamı bilir" deyə o, telekanallara açıqlama verib və əlavə edib:

*Amma Cümhuriyyət Xalq Partiyasının rəhbərliyinin bu mövzuda hansı mövqedə olduğunu bilmirəm. Lakin Muharrem bəyin belə bir arzusu, "ata ocağı"na dönmək istəyi olduğunu bilirəm. Muharrem bəyin yaxın çevrəsində, onunla yaxşı əlaqəsi olan dostlarımız var. Onlar da Muharrem bəyin partiyaya qayıtmaq istəyini deyirlər".

AzNews.az